Millimiz Bolqarıstana rəqib oldu

Millimiz Bolqarıstana rəqib oldu

Qadın həndbolçular arasında Avropa çempionatının I seçmə mərhələsinin püşkü atılıb. Fanat.az xəbər verir ki, bu mərhələdə 2016-cı il dekabrın 4-18-də keçiriləcək final mərhələsində oynamağa iddia edənlər arasında ən aşağı reytinqli 6 komanda mübarizə aparacaq.

 

Avstriyanın paytaxtı Vyanada baş tutan mərasimdə 6 komanda 2 qrupa bölünüb. Azərbaycan Bolqarıstan və Farer adaları ilə birlikdə A qrupunda yer alıb. B qrupunda isə Finlandiya, İsrail və Kosovo mübarizə aparacaq.

 

İyunun 12-14-də baş tutacaq I seçmə mərhələnin qrup oyunları eyni ölkədə keçiriləcək. Avropa Həndbol Konfederasiyası ev sahibliyi hüququnu qrupların səpələnmiş yığmaları - Azərbaycan və Finlandiyaya verib. Lakin hər iki ölkə bunu təsdiqləməlidi.

 

Qrup qalibləri II seçmə mərhələyə vəsiqə qazanacaq. Bu mərhələyə isə oktyabr ayında start veriləcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər