Azərbaycan - Malta oyunu 3 futbolçu üçün əlamətdar olub. Fanat.az хəbər verir ki, Namiq Ələsgərov, Ruslan Qurbanov və Eddi İsrafilov yığmamızda debüt edib.
Onlardan yalnız biri - Namiq Ələsgərov start heyətində yer alıb. 4-cü dəqiqədə ilk qolun ötürməsini verən "Qarabağ"ın üzvü bir az sonra zədələnib və 22-ci dəqiqədə Ruslan Qurbanovla əvəzlənib. Bu sayədə debüt imkanı qazanan "Hayduk"un üzvü sonadək meydada olub. Eddi İsrafilov isə 81-ci dəqiqədə meydana çıхıb. "Malaqa"nın futbolçusu Vüqar Nadirovu əvəzləyib.
Fanat.az