"Ümid edirəm ki, onlar bu mövsüm İspaniya çempionu olacaqlar"

"Ümid edirəm ki, onlar bu mövsüm İspaniya çempionu olacaqlar"

"Barselona"nın sabiq yarımmüdafiəçisi, hazırda Yapiniyanın "Vissel Kobe" klubunun formasını geyinən Andres İnyesta Kataloniya təmsilçisində uzun müddət komanda yoldaşı olmuş Xavinin fəaliyyətini dəyərləndirib.

Fanat.Az xəbər verir ki, "Sport.es" İnyestanın dediklərini belə çatdırıb:

"Barselona"da işləməyin nə dərəcədə çətin olduğunu anlayıram. Belə komandanı çalışdırırsansa, deməli, qarşında həmişə çətin hədəflər var. Məncə, Xavi komandaya rəhbərlik edəndən bəri "Barsa"da inkişaf var. Həm oyun planında irəliləyiş sezilir, həm də nəticələr. Ümid edirəm ki, onlar bu mövsüm İspaniya çempionu olacaqlar və gələn il bütün titullar uğrunda mübarizə aparacaqlar".

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər