"Malta ilə oyuna hazıram. Kiçik zədəm var idi. Amma artıq hər şey qaydasındadı". Fanat.az хəbər verir ki, bu sözləri milli komandamızın üzvü Mahir Şükürov deyib.
Futbolçu Malta ilə oyunda qələbə qazanmaq istədiklərini bildirib: "Bu oyunda qələbə qazanmalıyıq. Futbolda sürprizlər qaçılmazdı, хal itirməyimiz mümkündü. Amma öz oyunumuzu oynasaq, qələbə qazana bilərik. Çalışmalıyıq ki, azarkeşlərimizi sevindirək".
Fanat.az