Kaxa almanlara uduzdu, Aqolli erməniləri uddu

Kaxa almanlara uduzdu, Aqolli erməniləri uddu
AVRO-2016-nın seçmə mərhələsində V turun növbəti oyunları keçirilib. Fanat.az xəbər verir ki, daha 3 qrupda 8 qarşılaşma baş tutub.
 
Belə ki, Almaniya səfərdə Gürcüstannın qonağı olub. Bundestim təmsilçisi 0:2 hesabı ilə qalib gəlib. Bu qarşılaşma eyni zamanda Bakının “İnter” klubunu da çalışdıran Kaxaber Tsxadadzenin millidə ilk seçmə oyunu olub. O, paytaxt təmsilçisindən 3 futbolçu - Baçana Tsxadadze, Laşa Salukvadze və Aleksandr Amisulaşvilini dəvət edib. Təcrübəli çalışdırıcı yalnız sonuncuya şans versə də, müdafiəçi 4-cü dəqiqədə zədə səbəbindən meydandan əvəzlənib.
 
D qrupunun lideri Polşa İrlandiyaya səfər edib. Görüşdə hərəyə 1 dəfə fərqlənən komandalar meydanda “sülh" bağlayıb - 1:1.
 
Rumıniya Farer adalarını 1:0, Şimali İrlandiya Finlandiyanı 2:1 hesabı ilə məğlub edib. Macarıstan – Yunanıstan matçı isə qolsuz bərabərliklə başa çatıb – 0:0.
 
Albaniya evdə Ermənistana gücünü göstərib. Meydan sahibləri hesabda geri olmasına baxmayaraq, əzmkar qələbə (2:1) qazanıb. Bu görüşdə “Qarabağ”ın futbolçusu Ansi Aqolli də iştirak edib. Start heyətdə meydana çıxan müdafiəçi 90 dəqə forma geyinib.
 
Portuqaliya Serbiya ilə münasibətlərinə aydınlıq gətirib. Fernandu Santuşun yetirmələri 2:1 hesablı qələbəyə sevinib.
 
AVRO-2016
Seçmə mərhələ
V tur, 29 mart
Dqrupu
Gürcüstan - Almaniya 0:2
Qollar: Roys, 39. Müller, 45.
 
Şotlandiya - Cəbəllütariq 6:1
Qollar: Maloney, 18; 34-pen. Fletçer, 29; 77; 90. Naysmit, 39 - Kaskyaro, 20.
 
İrlandiya - Polşa 1:1
Qollar: Lonq, 90+1 - Peszko, 26.

1.

Polşa

5

3

2

0

16:3

11

2.

Almaniya

5

3

1

1

9:4

10

3.

Şotlandiya

5

3

1

1

11:5

10

4.

İrlandiya

5

2

2

1

11:4

8

5.

Gürcüstan

5

1

0

4

4:9

3

6.

Cəbəllütariq

5

0

0

5

1:27

0

F qrupu
Rumıniya - Farer adaları 1:0
Qol: Keseru, 21.
 
Macarıstan - Yunanıstan 0:0
Şimali İrlandiya - Finlandiya 2:1.
Qollar: Lafferty, 33; 38 - Sadiqk, 90+1.

1.

Rumıniya

5

4

1

0

7:1

13

2.

Ş İrlandiya

5

4

0

1

8:4

12

3.

Macarıstan

5

2

2

1

4:3

8

4.

Finlandiya

5

1

1

3

5:7

4

5.

Farer adaları

5

1

0

4

2:7

3

6.

Yunanıstan

5

0

2

3

1:5

2

 
İ qrupu
Albaniya - Ermənistan 2:1
Qollar: Mavray, 77. Qaşi, 81 - Movsisyan, 4.
 
Portuqaliya - Serbiya 2:1
Qollar: Karvalyo, 11. Koentrao, 63 - Matiç, 61.

1.

Portuqaliya

4

3

0

1

4:2

9

2.

Danimarka

4

2

1

1

6:4

7

3.

Albaniya

4

2

1

1

4:5

7

4.

Serbiya

4

1

1

2

6:6

1

5.

Ermənistan

4

0

1

3

3:6

1

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər