PSJ-nin hücumçusu Edinson Kavani karyerasını İspaniyada davam etdirə bilər.
Fanat.Az jurnalist Nikolo Skiraya istinadən xəbər verir ki, Kavani "Atletiko" ilə danışıqlar aparır. Madrid klubu 33 yaşlı futbolçuya 3 illik müqavilə təklif edib. "Atletiko" Kavanini Dieqo Kostanın əvzəedicisi qismində görür.
Daha əvvəl uruqvaylı forvardın adı "Nyukasl" və "İnter"lə bilikdə hallanırdı. Kavaninin PSJ ilə olan müqaviləsi bu yay başa çatır.
Fanat.Az