Türkiyənin PTT 1-ci liqasında XI turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Kamran Ağayevin çıхış etdiyi "Karşıyaka" "Göztəpə"ni qəbul edib.
İzmir derbisinin taleyini bir qol həll edib. 89-cu dəqiqədə Engin Baytarın vurduğu qol "Karşıyaka"ya qələbə qazandırıb.
Kamran Ağayev start heyətində yer alıb və sonadək oynayıb.
Qeyd edək ki, "Karşıyaka" 11 turdan sonra 12 хalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
Fanat.az