Kolumbiyada qadın jurnalist Aleksandra Omana Ruis çılpaq soyunub. Fanat.az xəbər verir ki, o, bu addımı sevimli komandası "Deportivo Kukuta"nın ölkə çempionatının yüksək liqasına yüksəlməsi münasibətilə atıb.
O, öncədən söz verib ki, azarkeşlik etdiyi klub vəzifəsinin öhdəsindən gəlsə, özü "Soho" jurnalı üçün çılpaq pozlar verəcək. Nəticədə "Deportivo Kukuta" yüksək liqaya çıxıb, Ruis isə vədini yerinə yetirib. Həmkarımız sevimli komandasının formasını əynindən çıxararaq, şəkillər çəkdirib.
Fanat.az