İspaniyanın "Eybar" klubu yoxlama oyunu keçirib. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası "Numansiya" ilə qarşılaşıb.
I divizionda çıxış edən rəqiblə görüş səfərdə baş tutub. Amma buna baxmayaraq, La Liqa klubu bu matçı 2:0 hesabıyla xeyrinə başa vurub.
Bundan əvvəl keçirilmiş "Tenerife" ilə sınaq matçında (1:1) zədəli olduğuna görə iştirak etməyən Eddi bu dəfə də komandasına kömək edə bilməyib.
Fanat.az