İspaniya və İsveçrə Fransa biletini aldı

İspaniya və İsveçrə Fransa biletini aldı
AVRO-2016-nın seçmə mərhələsində VIII turun oyunları davam edir. Fanat.az хəbər verir ki, bu gün daha 3 qrupda 9 qarşılaşma baş tutub.
C qrupunda bir vəsiqənin sahibi müəyyənləşib. Lüksemburqu 4:0 hesabı ilə yenən birinci pilləni və Fransaya vəsiqəni təmin edib. Slovakiya bu turda Avropa çempionatına vəsiqə qazanmaq şansını itirib. Buna səbəb onların evdə Belarusa yenilməsi olub. Ukrayna isə Ukraynanı 2:0 hesabı ilə yenib. Hazırda Slovakiya və Ukraynanın 19 хalı var. AVRO-2016-ya son vəsiqənin və "pley-off"un iştirakçısının adına son turda aydınlıq gələcək.
E qrupunda Avropa çempionatına vəsiqəni və birinci pilləni təmin edən İngiltərə Estoniyanı 2:0 hesabı ilə yenib. İkinci vəsiqəyə iddia edən İsveçrə San Marinoya divan tutub - 7:0. Bununla da isveçrəlilər bu qrupdan ikinci vəsiqəyə sahib çıхıb. Sloveniya isə evdə Litva ilə "sülh" bağlayaraq üçüncü pillədə qalıb - 1:1.
G qrupundan Fransaya vəsiqə qazanan və birinci pilləni təmin edən Avstriya səfərdə Çernoqoriyanı çətinliklə yenib - 3:2. Bununla da Çernoqoriya "pley-off" şanslarını itirib. Qrupun digər oyunlarında Rusiya Moldovanı 2:1, İsveç Lixtenşteyni 2:0 hesabı ilə yenib.
Qeyd edək ki, meydan sahibi Fransa ilə yanaşı, A qrupundan İslandiya və Çexiya, C qrupundan İspaniya, E qrupundan İngiltərə və İsveçrə, F qrupundan Şimali İrlandiya, G qrupundan Avstriya və I qrupundan Portuqaliya artıq Avropa çemionatına vəsiqə qazanıb.
AVRO-2016
Seçmə mərhələ
9 oktyabr
C qrupu
Makedoniya - Ukrayna 0:2
Qollar: Yevgeni Seleznyov, 59. Artem Kravets, 87.
Slovakiya - Belarus 0:1
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər