İspaniya nəhəngi Luisi istəyir - Klubu bu qiymətə satır

İspaniya nəhəngi Luisi istəyir - Klubu bu qiymətə satır

"Aston Villa"nın yarımmüdafiəçisi Duqlas Luis karyerasını İspaniyada davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Football365" yayıb.

Mənbə klubu ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq Luisin "Barselona"nın transfer hədəfinə çevrildiyini bildirib. Xəbərə görə, "Aston Villa" Duqlası 46 milyon avroya satmağa hazırdır. İngiltərə təmsilçisi gələn ilin yayında onu havayı itirməkdənsə, qazanc əldə etməyi üstün tutur. Keçidin qış transfer pəncərəsində reallaşacağı gözlənilir.

Daha öncə sözügedən oyunçu ilə iki İngiltərə nəhənginin - "Arsenal" və "Çelsi"nin də maraqlandığı barədə xəbərlər tirajlanmışdı.

Qeyd edək ki, 24 yaşlı Luis Birmingem təmsilçisinə 2019-cu ildə, "Mançester Siti"dən keçib. "Aston Villa" forması ilə ümumilikdə 118 matça çıxan 7 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər