"Napoli"nin vingeri Xviça Kvaratsxeliya karyerasını ispaniyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Cadena SER" yayıb.
Xəbərə görə, Dortmund "Borussiya"sının futbolçusu Cud Bellingemi heyətinə qata bilməsə, Xviça üçün Neapol təmsilçisinə müraciət edəcək. Mənbə A Seriyası təmsilçisinin madridlilərdən azı 100 milyon avro istəyəcəyini də diqqətə çatdırıb.
Qeyd edək ki, bu mövsüm İtaliya çempionatında 18 oyuna çıxan Xviça 9 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat