"Mançester Yunayted"in hücumçusu Edinson Kavani İspaniya La Liqasında çıxış edə bilər.
Fanat.Az xəbər verir ki, "Atletiko Madrid" uruqvaylı futbolçunu transfer etmək istəyir.
Bu barədə "Todofichajes" məlumat yayıb.
Xəbərə görə, Kavaninin keçidində klubun baş məşqçisi Diyeqo Simeone şəxsən maraqlıdır.
Qeyd edək ki, 35 yaşlı hücumçunun bu yay "Mançester Yunayted" ilə müqaviləsi başa çatır.