İspaniya nəhəngi Kanteni aparır

İspaniya nəhəngi Kanteni aparır

"Çelsi"nin fransalı yarımüdafiəçisi Nqolo Kante mövsümün sonunda "Real Madrid"ə keçə bilər.

Fanat.Az "Fichajes"ə istinadən xəbər verir ki, İspaniya nəhənginin idarəçiləri onu Toni Kroos və Luka Modriçi meydanda ən yaxşı şəkildə əvəzləyə biləcək fiqur sayır.

Mənbə Kantenin özünün də "Real"da oynamaq variantına isti yanaşdığını vurğulayıb.

Sözügedən futbolçu 2016-cı ildən "Çelsi"dədir. Bu mövsüm İngiltərə Premyer Liqasında 20 matça çıxan Nqolo 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "zadəganlar"la olan müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatacaq.  "Transfermarkt " portalı Kantenin transfer qiymətini 50 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər