İspaniya nəhəngi Kanselunu istəyir

İspaniya nəhəngi Kanselunu istəyir

Müqavilə ilə "Mançester Siti"yə məxsus olan, hazırda icarə əsasında "Bayern Münhen"in formasını geyinən Joau Kanselu karyerasını İspaniyada davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Sport" yayıb.

Xəbərə görə, "Bayern" rəsmiləri artıq "şəhərlilər"ə müraciət edərək Kanselunun icarə müqaviləsinin müddətini uzatmaq istəmədiklərini açıqlayıblar. Mənbə Kanselunun agenti Jorje Mendeşlə yaxşı münasibətləri olan "Barselona"nın portuqaliyalı futbolçunu icarəyə götürməyi hədəflədiyini vurğulayıb. "Mançester Siti" bosslarının yayda Joaunu satmağa çalışacaqları, lakin yenidən icarəyə vermək variantını da nəzərdən keçirəcəkləri bildirilib.

Qeyd edək ki, cari mövsüm İngiltərə Premyer Liqasında 17 oyun keçirən Kanselu qışda icarəyə verildiyi "Bayern"in forması ilə 4 Bundesliqa matçına çıxıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər