İspaniya nəhəngi gürcü oyunçu ilə razılığa gəldi 

İspaniya nəhəngi gürcü oyunçu ilə razılığa gəldi 

"Atletiko Madrid" klubu yayda yeni qapıçı transferi həyata keçirəcək.

Fanat.Az "Todofichajes"ə istinadən xəbər verir ki, İspaniya nəhəngi İngiltərə Premyer Liqasına yollanacağı gözlənilən Yan Oblakın yerinə gürcü qolkiper Giorgi Mamardaşvilini aparacaq.

Gürcüstan millisinin və "Valensiya"nın qapıçısı ilə böyük ölçüdə razılığa gəlindiyi bildirilir. 22 yaşlı oyunçunun transfer dəyəri 25 milyon avro qiymətləndirilir. Onun "yarasalar"la müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Giorgi Mamardaşvili İspaniya çempionatının 2022/2023 mövsümündə 25 matçda iştirak edib və 28 qol buraxıb. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər