"Arsenal"ın kapitanı Martin Edeqor karyerasını İspaniyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "El Nacional" yayıb.
Xəbərə görə, 24 yaşlı futbolçunun xidmətində "Barselona" maraqlıdır. Mənbə Kataloniya klubunun prezidenti Joan Laportanın norveçli yarımmüdafiəçini komandanın gənc hücumçusu Ansu Fati ilə dəyişməyə də hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, bu mövsüm "Arsenal" forması ilə ümumilikdə 43 matça çıxan Edeqor 15 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 80 milyon avo ilə dəyərləndirir.
Nihat