İspaniya nəhəngi "Bayern"in ulduzunu istəyir

İspaniya nəhəngi "Bayern"in ulduzunu istəyir

"Bayern Münhen"in yarımmüdafiəçisi Yozua Kimmix karyerasını İspaniyada davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı TZ yayıb.

Xəbərə görə, onun xidmətində "Real Madrid" maraqlıdır. Mənbə "Kral klubu"nun Kimmixi Toni Kroos və Luka Modriç kimi oyunçuların ən yaxşı əvəzləyicisi qismində diqqətdə saxladığını vurğulayıb. Məlumatda Yozuanın "Real"a cari mövsümün sonunda deyil, gələn ilin yayında transfer edilə biləcəyi qabardılıb.

Qeyd edək ki, Kroos və Modriçin Madrid nəhəngi ilə olan müqavilələri 2024-cü ilin yayına qədər nəzərdə tutulub. Kimmixin "Bayern"lə anlaşmasının müddəti isə 2025-ci ilin yayında başa çatacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər