İspaniya kubokunda Madrid derbisi olacaq

İspaniya kubokunda Madrid derbisi olacaq

İspaniya kubokunun 1/4 final mərhələsinin püşkü atılıb.

Fanat.Az xəbər verir ki, bu mərhələdə Madrid derbisi baş tutacaq.

Bu raundun püşkatma mərasimində “Real”la “Atletiko” bir-birinə rəqib olub.

Digər iddialı komanda “Barselona” “Real Sosyedad”la münasibətlərinə aydınlıq gətirəcək. “Real” və “Barselona” oyunlarını öz meydanlarında keçirəcəklər. Bundan başqa, “Sevilya” “Osasuna”nın, “Atletik” də “Valensiya”nın qonağı olacaq.

Bir oyundan ibarət olacaq cütlüklərin qalibləri yarımfinala adlayacaqlar. 1/4 final mərhələsinin matçları 24-26 yanvar tarixlərində keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər