İspaniya Kuboku: "Yarasalar" Bilbaodan bərabərliklə döndü

İspaniya Kuboku: "Yarasalar" Bilbaodan bərabərliklə döndü

Futbol üzrə İspaniya Kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib. 

Fanat.Az xəbər verir ki, bu gün daha bir görüş reallaşıb.   “Atletik” “Valensiya”nı qəbul edib. Oyun qollu bərabərliklə yekunlaşıb. Tərəflərin ikinci dueli martın 3-də baş tutacaq.

Qeyd edək ki, dünən “Rayo Valyekano” evdə “Real Betis”ə uduzmuşdu. Bu komandaların cavab matçı isə martın 4-də keçiriləcək.

İspaniya Kuboku Yarımfinalın ilk oyunları

10 fevral   Atletik – Valensiya 1:1 Qollar: R.Qarsiya, 37 – Duro, 65.

9 fevral   Rayo Valyekano – Real Betis 1:2 Qollar: A.Qarsiya 5 – B.İqlesias, 26. U.Karvalyo, 68.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər