İspaniya klubundan millimizin üzvünə təklif

İspaniya klubundan millimizin üzvünə təklif
"Eybar"da çıxış edən Eddi İsrafilov klubunu dəyişə bilər. Fanat.az xəbər verir ki, bu iddia ilə "La Opinion de Murcia" çıxış edib.
Nəşrin iddiasına görə, Eddinin xidmətində Sequnda divizionunda çıxış edən "Alaveş" klubu maraqlıdı. Məlumatda bildirilir ki, klub futbolçumuzu icarəyə götürmək istəyir. Amma millimizin üzvü yenidən icarə əsasında çıxış etmək istəmir. Buna görə tərəflər hələlik razılaşa bilməyib.
Eddi "Alaveş"dən transfer hüququnu almağı tələb edir. Buna isə onun müqavilə ilə məxsus olduğu "Mursiya" klubu razı deyil. "Mursiya" Eddini yenə icarəyə vermək niyyətindədi. Məsələyə yanvarın 29-na qədər aydınlıq gəlməsi gözlənilir.
Qeyd edək ki, İsrafilov "Eybar"da icarə əsasında çıxış edir. Onun bu klubla mövsümün sonunadək icarə müqaviləsi var. Futbolçumuz bu mövsüm La Liqada 6 (207 dəqiqə), "Kral Kuboku"nda 3 (171 dəqiqə) oyuna çıxıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər