İspaniya klubu millimizin üzvünü istəyir

İspaniya klubu millimizin üzvünü istəyir

Rusiyanın “Tümen” klubunda çıxış edən Azərbaycan millisinin futzalçısı Rafael Vilela karyerasını İspaniyada davam etdirə bilər.

Fanat.Az “Laopiniondemurcia” nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı hücumçu ilə “ElPozo” maraqlanır. Lakin hələlik tərəflər arasında rəsmi danışıq olmayıb.

Məlumatda Braziliya əsilli oyunçunun ötən il 150 min avro qarşılığında İspaniya təmsilçisi “Palma”dan “Tümen”ə keçdiyi vurğulanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər