İspaniya dünya çempionu oldu

İspaniya dünya çempionu oldu

İspaniyanın qadınlardan ibarət 20 yaşadək futbolçulardan ibarət milli komandası dünya çempionu olub.

Fanat.Az xəbər verir ki, Pedro Lopesin baş məşqçi olduğu yığma Kosta-Rikada təşkil olunan mundialın finalında Yaponiyanı 3:1 hesabı ilə məğlub edib.

Niderlanda 4:1 hesabı ilə qalib gələn Braziliya bürünc medala sahib çıxıb.

"Barselona"nın hücumçusu Salma Paraluelo turnirin ən yaxşı oyunçusu seçilib.

Qeyd edək ki, 2020-ci ildəki dünya çempionatı koronavirusa görə ləğv edilib. Sonuncu yarış 2018-ci ildə Fransa baş tutub. İspaniya həmin turnirin finalında məhz Yaponiyaya 1:3 hesabı ilə uduzmuşdu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər