"Deportivo" Sequndadakı yerini qoruya bilməyib.
Fanat.Az xəbər verir ki, "Deportivo" növbəti mövsümdən etibarən İspaniyanın üçüncü divizionunda mübarizə aparacaq.
La Korunya təmsilçisi 42-ci turda "Fuenlabrada"nı qəbul etməli idi. Lakin qonaqların bir neçə üzvündə koronavirus aşkarlandığından, oyun təxirə salınıb. Buna baxmayaraq, digər matçların nəticələri məlum olduqdan sonra "Deportivo" riyazi olaraq Sequndada qalmaq şansını itirib.
41 oyundan sonra 48 xal toplayan "Depor" turnir cədvəlində 20-ci sırada qərarlaşıb və ikinci divizionda qalmağa imkan verən 18-ci pillədəki "Ponferradina"dan üç xal geri qalır. Şəxsi görüşlərin nəticələri "ağ-göylər"in xeyrinə olmadığından, komandanın "Fuenlabrada" ilə oyunundan asılı olmayaraq, üçüncü diviziona düşməsi dəqiqləşib.
"Deportivo" son 40 ildə ilk dəfə üçüncü divizionda mübarizə aparacaq. "Türklər" tarixi ərzində cəmi iki dəfə (1974-75 və 1980-81) Sequndadan aşağı düşüb.
"Deportivo" 1 dəfə La Liqanın, 2 dəfə Kral Kubokunun, 3 dəfə isə İspaniya Superkubokunun qalibi olub.
Fanat.Az