AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib. Fanat.az хəbər verir ki, bu gün daha 9 oyun baş tutub.
C qrupunda lider Slovakiya İspaniyanın qonağı olub. İspanlar 2:0 hesablı qələbə qazanaraq birinci pilləni ələ keçirib. Qrupun digər oyunlarında Ukrayna Belarusu 3:1, Lüksemburq Makedoniyanı 1:0 hesabı ilə yenib.
E qrupunda lider İngiltərə San Marinonun qonağı olub və rəqibini 6:0 hesabı ilə məğlub edib. İsveçrə Sloveniyanı qəbul edib. 0:2 hesabı ilə geri düşən isçevrəlilər son 10 dəqiqədə 3 qol vuraraq qələbə qazanıb - 3:2. Estoniya isə Litvanı 1:0 hesabı ilə üstələyib.
G qrupunda isə Rusiya İsveçi, Avstriya Moldovanı 1:0, Çernoqoriya Liхtenştenyi 2:0 hesabı ilə yenib.
AVRO-2016
Seçmə mərhələ
5 sentyabr
C qrupu
Ukrayna - Belarus 3:1
Qollar: Artem Kravets, 7. Andrey Yarmolenko, 30. Yevgen Konoplyanka, 40 - Sergey Kornilenko, 62.
Qırmızı vərəqə: Denis Qarmaş, 90+2 (Ukrayna).
Lüksemburq - Makedoniya 1:0
Qol: Sebastien Till, 72.
İspaniya - Slovakiya 2:0
Qollar: Jordi Alba, 5. Andres İnyesta, 30-pen.
| 1 | İspaniya | 7 | 6 | 0 | 1 | 17:3 | 18 |
| 2 |