İngiltərə Premyer Liqa təmsilçisi "Everton"un hissələrinin 49,9 faizi satılıb. Fanat.az xəbər verir ki, bu barədə klub prezidenti Bill Kenvrayt məlumat verib.
Onun sözlərinə görə, iranlı milayarder Farhad Moshiri 200 milyon funt-sterlinq qarşılığında klubun 49,9 faiz hissəsini alıb. 70 yaşlı klub prezidenti iranlı iş adamının futbola yaxın biri olduğunu bildirib: "Son 18 ayda Farhad Moshiri ilə ətraflı danışdıq. Maddi dayaqları güclüdü və futbol bilgisi üst səviyyədədi. Buna görə də klubu satın alması üçün doğru qərar verdiyimizi düşünürəm. "Everton" bu anlaşmadan sonra daha yaxşı yerlərlə gələcək".
Xatırladaq ki, Moshiri "Arsenal"ın sabiq hissədarlarındandı.
Fanat.az