İki komanda Amerika Kubokundan imtina edib.
Fanat.Az xəbər verir ki, yarışda digər qitələrdən millilərin iştirakı ənənəvi hal olsa da, budəfəki dəvətlilər Avstraliya və Qətər turnirə qatılmayacaq. Bu səbəbdən yarış 10 komandanın iştirakı ilə keçiriləcək.
Tarixdə ilk dəfə iki ölkə - Kolumbiya və Argentinanın ev sahibliyi edəcəyi turnir 11 iyun - 10 iyul tarixlərində olacaq. Komandalar iki qrupa bölünəcək. Argentina, Boliviya, Paraqvay, Uruqvay və Çili A qrupunda, Braziliya, Venesuela, Kolumbiya, Peru və Ekvador isə B qrupunda yer alacaq. Hər qrupdan dörd komanda pley-offa çıxacaq.
Amerika Kuboku əslində ötən il baş tutmalı idi. Lakin koronavirus pandemiyası səbəbindən bu ilə təxirə salınıb.