"Vest Hem”in hücumçusu Xavyer Ernandes (Çiçarito) yanvarda "Valensiya”ya keçə bilər.
Fanat.Az "Super Deporte”yə istinadən xəbər verir ki, "yarasalar” meksikalını icarəyə götürmək istəyir. Daha öncə "Real”da top qovmuş Çiçarito özü də La Liqa təmsilçisinə yollanmağa razıdı.
"Valensiya” bunun üçün "Çelsi”dən icarəyə götürdüyü Mişi Batşuayinin icarə müqaviləsinə vaxtından əvvəl xitam verməlidi. Çünki İspaniya təmsilçisi eyni vaxtda 2 forvarda icarə haqqı ödəmək fikrində deyil.
Çiçarito bu mövsüm "Vest Hem”in formasıyla çıxdığı 14 matçda 4 qol vurub.
Fanat.Az