Türkiyə PTT 1-ci Liqasında çıxış edən "Karşıyaka" Kamran Ağayevin ardınca daha bir futbolçu ilə anlaşıb. Fanat.az xəbər verir ki, bu, bosniyalı Seniyad İbricicdi.
Yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. 29 yaşlı oyunçunun son iş yeri "Kayseri Ərciyəsspor" klubu olub.
Xatırladaq ki, yarımmüdafiəçi bundan başqa "Zagreb", "Hayduk", "Lokomotiv" (Moskva), "Qaziantepspor", "Kasımpaşa" kimi klubların da şərəfini qoruyub.
Fanat.az