"Biz artıq bilmirik nə deyək. Bugünkü oyundakı hakimlikdən çox narazı qaldıq. Belə hakimlik olmaz. Deməyə söz tapmırıq". Fanat.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbərti Hüseyn Cəbrayıloğlu deyib.
Lənkəran klubu "Sumqayıt"la oyunun (1:1) baş hakimi Elvin Əsgərovdan narazı qalıb. Hüseyn Cəbrayıloğlu oyundan sonra referi ilə bağlı narazılıqlarını dilə gətirib: "3 ildi ki, bu hakimin çəkisini sala bilmirlər. Bu çəki ilə hakimlik eləməzlər. Biz oyundan dərhal sonra narazılığımızı matçın yekun protokoluna bildirdik. Bu arada, matçın hakim-inspektoru tribunada bizim yaxınlığımızda əyləşmişdi. Təsəvvür edin, hakim haqqında yazdıqların qeydlər 2 səhifəni keçmişdi. Məncə, başqa sözə ehtiyac yoxdu".
Fanat.az