Holand İspaniyaya hazırlıq görür

Holand İspaniyaya hazırlıq görür

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Holandın ispan dilini öyrənməyə başladığı bildirilir.

Fanat.Az "Marca" nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı futbolçunun gələcəkdə "Real Madrid"ə keçəcəyi ehtimal olunur.

"Mançester Siti" ilə müqaviləsini başa vurduqdan sonra Holandın "kral klubu"nun əsas futbolçusuna çevrilmək arzusunda olduğu bildirilir. Bu səbəbdən də o, ispan dilini mükəmməlləşdirmək istəyir.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər