"Flamenqo" üçüncü dəfə Libertadores Kubokunu qazandı

"Flamenqo" üçüncü dəfə Libertadores Kubokunu qazandı

Braziliyanın "Flamenqo" klubu Libertadores Kubokunun qalibi olub.

Fanat.Az xəbər verir ki, komanda Ekvadorun Quayakil şəhərində baş tutan finalda “Atletiko Paranaense”yə (Braziliya) 1:0 hesabı ilə qalib gəlib.

Yeganə qolu ilk hissəyə əlavə olunan dördüncü dəqiqədə Qabriel Barbosa vurub. 43-cü dəqiqədə “Atletiko Paranaense”nin müdafiəçisi Pedro Enrike ikinci sarı vərəqə alaraq meydandan qovulub.

Qeyd edək ki, “Flamenqo” tarixində üçüncü dəfə Libertadores Kubokunu qazanıb. Rio-de-Janeyro təmsilçisi bundan əvvəl 1981 və 2019-cu illərdə sözügedən kuboka sahib olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər