Avropa Liqasında finalçılar müəyyənləşib. Fanat.az xəbər verir ki, "Vilyarreal"ı udan "Liverpul"la və "Şaxtyor"dan üstün olmuş "Sevilya" həlledici matda qarşılaşacaq.
"Sevilya" son 10 ildə 4-cü, ardıcıl 3-cü dəfə finala çıxıb. 2005/06, 2006/07 mövsümlərində ardıcıl iki dəfə çempion olan İspaniya klubu 2013/14 və 2014/15 mövsümlərində də eyni uğuru təkrarlayıb. "Sevilya" heç vaxt finalda uduzmayıb və Avropa Liqasının rekordçusudu.
Kubok sayında ispanları "Liverpul", "İnter" və "Yuventus" izləyir - 3. İtaliya klubları bu uğura 4 finalda nail olub. "Sevilya"nın finaldakı rəqibi "Liverpul" isə 3 cəhdin hamısında uğurlu olub (1973, 1976, 2001).
"Sevilya" və "Liverpul" heçə vaxt Avropa Liqasının finalında qarşılaşmayıb. Əvəzində İngiltərə və İspaniya klubları arasında iki final baş tutub. 2000/01 mövsümündə "Liverpul" "Deportivo"nu 5:4, 2009/10 mövsümündə "Atletiko" "Fulhem"i 2:1 hesabı ilə yenib
Fanat.az