Fariz Məmmədov: “Döyüşə hazıram” VİDEO

Fariz Məmmədov: “Döyüşə hazıram” VİDEO
Peşəkar bokçumuz Fariz Məmmədov WBO versiyası üzrə sentyabrın 21-də Ukraynanın Xarkov, oktyabrın 26-da isə Boyük Britaniyada keçirəcəyi döyüşün hazırlığını davam etdirir. Fanat.az xəbər verir ki, hazırda Xarkov şəhərində təlim-məşq toplanışında olan Məmmədovun rəqiblərinin kimliyi yaxın günlərdə dəqiqləşəcək. 
Fariz Məmmədov məşqlərin davam etdiyini bildirib: “Hazırda məşqləri yüksək səviyyədə davam etdirirəm. Düzdü, bugünlərdə məşqlərin birində əlimdən zədə almışdım, bu da məni narahat edirdi. İndi isə zədəm düzəlmək üzrədi. Çalışıram, zədələrədən qaçam”.
O qeyd edib ki, hazırda rəqiblərinin seçiminin müəyyənləşməsi prosesi gedir: “Kiminlə döyüşəcəyimdən asılı olmayaraq, qarşıdakı görüşlərə hazıram və qələbəyə inanıram”. 
Qol.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər