PSJ-nin yarımmüdafiəçisi Ander Errera bir mövsümlük icarə əsasında "Atletik"ə keçib.
Fanat.Az xəbər verir ki, bilbaoluların 33 yaşlı futbolçunun müvəqqəti keçidini daimi əsasda transferə çevirmək imkanı var.
İspaniyalı futbolçu PSJ-nin Liqa 1-də bu mövsük keçirdiyi ilk üç oyunda iştirak etməyib.
Beləliklə, Errera ikinci dəfə Bilbaoda top qovacaq. O, 2011-2014-cü illər aralığında "Atletik"də üç il keçirib.
Mirağa