Ermənistan mətbuatı "Qarabağ"ın baş məşqçisindən yazıb. Fanat.az xəbər verir ki, Qurban Qurbanovun albaniyalı Ansi Aqolliyə Ermənistan qarşısında qələbə qazanacaqları təqdirdə mükafat vəd etməsi erməni mətbuatının diqqətindən qaçmayıb.
Əksər erməni saytları baş məşqçinin sözlərini manşetə çıxarıblar. Ermənilər Ansi Aqolinin Ermənistanla matçı ilə bağlı açıqlamarına da yer veriblər: "Mən Azərbaycanda oynayıram. Bu matç azərbaycanlıların diqqət mərkəzində olacaq. Çünki iki ölkə arasında gərgin münasibətlər var. Buna görə əminəm ki, azərbaycanlılar bizi və Albaniya yığmasını dəstəkləyəcək".
Qeyd edək ki, "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bir neçə gün öncə Azərbaycan mətbuatına maraqlı açıqlama verib. Baş məşqçi bildirib ki, Albaniya millisi Ermənistana qalib gəlsə, Ansi Aqolliyə mükafat verəcək.///anspress
Fanat.az