Ən çox qazanan məşqçilər - SİYAHI

Ən çox qazanan məşqçilər - SİYAHI

Dünyanın ən çox qazanan məşqçilərinin adı açıqlanıb. Fanat.az xəbər verir ki, siyahını "France Football" jurnalı hazırlayıb. 

Siyahıda futbol üzrə 10 məşqçinin adı var. Birinci yerdə "Çelsi"nin baş məşqçisi Joze Mourinyo qərarlaşıb - 18 milyon avro. Onu "Real"ı çalışdıran Karlo Ançelotti izləyir - 15,5 мilyon avro. İlk "üçlüy"ü "Bavariya"nın baş məşqçisi Pep Qvardiola qapayır - 15,2 milyon avro.

1. Joze Mourinyo (Çelsi) - 18 milyon avro

2. Karlo Ançelotti (Real) - 15,5 мilyon avro

3. Pep Qvardiola (Bavariya) - 15,2 milyon avro

4. Arsen Venger (Arsenal) - 11,3 milyon avro

5. Lui Van Qal (Mançestr Yunayted) - 10 milyon avro

6. Fabio Kapello (Rusiya yığması) - 9 milyon avro 

7. Andre Villaş-Boaş (Zenit) - 8,5 milyon avro 

8. Sven-Qoran Erikson (Şanxay) - 8 milyon avro 

9. Yurgen Klopp (Borussiya D) - 7,2 milyon avro 

10. Loran Blan (PSJ), Devid Moyes (Rеал Sosyedad) - 7 milyon avro 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər