19 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında keçiriləcək Azərbaycan - Ukrayna oyununun hakimləri müəyyənləşib. Fanat.az хəbər verir ki, sabah "Bayıl Arena"da baş tutacaq matçı norveçli və estoniyalı hakimlər idarə edəcək.
Qarşılaşmanın baş hakimi norveçli Tore Hansen olacaq. Ona həmyerlisi Aystein İtterlandla eston Neeme Neemlaid yardım edəcək. Dördüncü hakim funksiyasını başqa bir esioniyalı Eiko Saar yerinə yetirəcək.
Tore Hansen indiyədək yığmalarımızın və klublarımızın oyunlarına təyinat almasa da, dördüncü hakim Eiko Saar bizim üçün tanış hakimdi. Belə ki, o, 2013/14 mövsümündə "Xəzər Lənkəran"ın Avropa Liqasında Maltanın "Sliema" klubu ilə səfər oyununu idarə edib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Estoni referi həmin oyunda "Xəzər Lənkəran"dan Elnur Alllahverdiyevə qırmızı, Alvaro Silva və Marçin Orsuliçə sarı vərəqə göstərib. O, həmçinin 2009/10 mövsümündə Avropa Liqasında keçirilmiş "Bazel (İsveçrə) - "Bakı" matçının dördüncü hakimi olub.
Qeyd edək ki, millimizin yer aldığı qrupun oyunları Bakıda keçiriləcək.
Fanat.az