"El Klasiko"nun saatı açıqlandı

"El Klasiko"nun saatı açıqlandı
İspaniya La Liqasının X turundan təxirə salınan "Barselona" - "Real" oyunun tarixi açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə La Liqanın rəsmi "Twitter" səhifəsi məlumat yayıb. Məlumatda deyilir ki, "El Klasiko" dekabrın 18-də baş tutacaq. "Nou Kamp"dakı görüş Bakı vaxtı ilə 23.00-da start götürəcək.
Qeyd edək ki, təqvimə əsasən oyun oktyabrın 26-da keçirilməli idi. Ancaq Barselonakı etiraz aksiyaları səbəbindən qarşılaşma təxirə salınıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər