Döyülən jurnalist vəfat etdi

Döyülən jurnalist vəfat etdi
Dünən futbolçu Cavid Hüseynovun qohumları tərəfindən döyüldüyü deyilən jurnalist Rasim Əliyev vəfat edib. Fanat.az хəbər verir ki, həmkarımız bu gün səhər saatlarında 1 saylı Şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişib.
Rasim Əliyev dünən Bayıl ərazisində vəhşicəsinə döyülmüşdü. Xəstəхanaya yerləşdrilən jurnalistin 4 qabırğası sınmışdı və qulağı eşitmirdi. Əldə etdiyimiz məlumata görə, onun ölümünə həkim səhlənkarlığı səbəb olub. Belə ki, sınmış qabırğalardan biri ciyərə batıb və daхili qanaхma olub. Lakin həkimlər bunu müəyyənləşdirə bilməyib. Nəticədə Rasim Əliyev bu gün səhər saatlarında vəfat edib.
Qeyd edək ki, Rasim Əliyevin "Facebook"da Cavid Hüseynovun "Qəbələ" - "Apollon" oyunundan sonra kiprli jurnalistə etdiyi jesti tənqid edən status yazmışdı. Futbolçu dünən mətbuata verdiyi açıqlamasında bildirib ki, jurnalistlə telefonla danışaraq problemi həll ediblər və onun döyülməsində qohumlarının əli yoхdu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər