Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb. Fanat.az хəbər verir ki, yığmaların iştirakı ilə qarşılaşmaların çox olmaması cədvəldə yalnız cüzi dəyişikliklərin baş verməsi ilə nəticələnib.
Azərbaycan millisi mövqeyini qoruyub. AVRO-2016-nın seçmə mərhələsində iştirak edən komandamız 1366 xalla dünya 13-cüsü olub. Yığmamız Avropa ölkələri arasında 7-ci pilləni tutur.
Cədvələ İspaniya başçılıq edir - 1922 xal. Braziliya 2-ci, Rusiya 3-cü pillədə qərarlaşıb.
Dünyanın ən güclü 10 millisi
1. İspaniya - 1922
2. Braziliya - 1910
3. Rusiya - 1746
4. İtaliya - 1721
5. Argentina - 1629
6. İran - 1611
7. Portuqaliya - 1596
8. Ukrayna - 1494
9. Kolumbiya - 1415
10. Çexiya - 1412
Fanat.az