"Berti Foqts gedəndən sonra Azərbaycan millisindən kənarda qalacağım barədə qorxum yox idi". Fanat.az xəbər verir ki, bu sözləri millimizin üzvü Dmitri Nazarov deyib.
Almaniyanın "Karlsruher" klubunda top qovan futbolçu öz oyunu ilə etimadı doğrultmağa çalışacağını bildirib: "Həmişə milliyə çağırılanda əlimdən gələni əsirgəməmişəm. Azərbaycanda mənə inanırlar. Bunu Robert Prosineçki də bilir. Gələcəkdə də öz oyunumla etimadı doğrultmalıyam".
Nazarov Malta ilə oyunla bağlı da danışıb: "Komandada istək güclüdü. Hamı əlindən gələni edir. Belə davam etsək, Malta ilə oyunda 3 xal bizim olacaq. Düzünü desəm, mənim üçün rəqibin heyəti, oynayacağı sistem maraqlı deyil. Əsas odu ki, öz oyunumuzu göstərib, azarkeşlərimizi sevindirək".
Fanat.az