Diqqət, təqibçilər qrupdadı!

Diqqət, təqibçilər qrupdadı!

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarından sonra UEFA-nın avrokuboklar üçün əmsallar cədvəlində dəyişikliklər olub. Mübarizəni 4-cü mərhələdə dayandıran sonuncu komandamız “Qarabağ” Frankfurt “Ayntraxt”ıyla matçlarda “daxıla qəpik atmasa da”, Azərbaycan mövqeyində qalıb. 

 Cari mövsüm topladığımız əmsalların ümumi sayı 2,500-dü. Bunun 1,375-i 5 qələbə və 1 heç-heçəsi olan  “Qarabağ”ın gətirdiyi qazancdı. “İnter” 0,625, “Xəzər Lənkəran” 0,375, “Neftçi” 0,125 toplayıb.

 Son 5 mövsümdə yığdığımızın cəminə gəlincə,  hesabımızda 10,375  əmsal var ki, bu da futbol tariximizin ən yüksək göstəricisidi. Təqibçilərimizdən 3-nün qrupda komandası olacaq. Söhbət Sloveniya, Moldova və Qazaxıstandan gedir. Ancaq aradakı əmsal fərqini nəzərə alsaq, durum o qədər də qorxulu deyil. Başqa sözlə, gələn avrokubok mövsümünün startınadək 30-cu pillədə “əyləşmək” şansımız çoxdu.

 

...25     Serbiya            14,125

26        Norveç             14,075

27        Bolqarıstan       12,125 (1)

28        Macarıstan       11,625

29        Slovakiya         11,000

30        AZƏRBAYCAN        10,375

31        Gürcüstan        9,875

32        Sloveniya         9,500 (1)

33        Moldova          9,125 (1)

34...     Qazaxıstan       7,750 (1)

 Fanat.az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər