Diniyev azarkeşlərdən nə gözləyir?

Diniyev azarkeşlərdən nə gözləyir?

“Bütün komanda inanır ki, ilk ev oyunumuzda tribunalara xeyli azarkeş toplaşacaq. Fanatların stadionu dolduracağına və bizə dəstək olacaqlarına ümidimiz böyükdü. Yerli azarkeşlər önündə ilk sınaqdan üzüağ çıxmağa çalışacağıq. Azarkeşləri sevindirməyə səy göstərəcəyik, hamını oyuna dəvət edirəm”. Fanat.az xəbər verir ki, bu sözləri "Kəpəz"in futbolçusu Kərim Diniyev deyib.

Gənc yarımmüdafiəçi uğura aparan yolda azarkeşlərin həm də böyük qüvvə olduğunu bildirib: “Komandanın qələbə qazanmasında onların da böyük rolu var. Azarkeşlər bizim 12-ci oyunçumuzdu. Fanatların dəstəyi sayəsində oyunlara daha yaxşı motivasiya olunuruq, meydana uğur qazanmaq üçün çıxırıq”.

“Kəpəz”in baş məşqçisi Şahin Diniyev vaxtilə Nizami yurdunun təmsilçisinin şərəfini qoruyub. İndi onun oğlu Kərim də eyni yolu tutub. Ata-oğul “sarı-göylər”in uğuru üçün birlikdə çalışır: “Belə bir köklü, titullu komandanın heyətində olduğum üçün fəxr edirəm, sevinc hissi keçirirəm. İlk dəfədi ki, atamın başçılığı altında peşəkar səviyyədə oynayıram. Düzdü, vaxtilə “Terek”in əvəzedici heyətində çıxış etmişəm. Amma əsas komandada bu ilkdi”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər