De Xea 300 min avro bağışladı

De Xea 300 min avro bağışladı
"Mançester Yunayted”in qapıçısı David de Xea koronavirus pandemiyası ilə mübarizədə vətəni İspaniyaya dəstək olub.
Fanat.Az "Marca”ya istinadən xəbər verir ki, ispan qapıçı doğulduğu Madrid şəhərindəki səhiyyə təşkilatına 300 min avro bağışlayıb.
Bu məbləğin tibbi ləvazimatların alınmasına və şəhərin yoxsul sakinlərinə kömək etmək üçün xərclənəcəyi bildirilib.
Bu, De Xeanın ilk nəcib addımı deyil. O, ötən ilin sentyabrında İspaniyanın Alikante vilayətindəki daşqın zamanı ölənlərin ailələlərinə 200 min avro maddi yardım göndərmişdi.
Qeyd edək ki, İspaniya koronovaris qurbanlarının sayında artıq epidemiyanın yarandığı Çini geridə qoyub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər