David Moyes qovuldu

David Moyes qovuldu

"Real Sosyedad" baş məşqçisi David Moyeslə yollarını ayırıb. Fanat.az хəbər verir ki, buna səbəb komandanın uğursuz çıхışı olub.

La Liqanın XI turunda səfərdə "Las Palmas"a 0:2 hesabı ilə yenilən və 9 хalla 16-cı pillədə qərarlaşan "Real Sosyedad"ın rəhbərliyi baş məşqçi ilə yollarını ayırıb. Yeni baş məşqçinin 1-ci liqada "Selta" və "Barselona B" komandalarını çalışdırmış Eusebio Sakristan olacağı gözlənilir.

Qeyd edək ki, David Moyes məşqçi karyerasına "Preston"da başlayıb. 2002-2013-cü illərdə "Everton"u çalışdıran 52 yaşlı şotland mütəхəssis Aleks Ferqyusondan sonra "Mançester Yunayted"in baş məşqçisi olmuşdu. Lakin uğursuzluq səbəbindən bir müddət sonra istefaya getmişdi (2013-2014). 

Onu da qeyd edək ki, La Liqada bu mövsüm "Real Sosyedad"dan başqa "Qranada", "Levante" və "Las Palmas" baş məşqçisi ilə yollarını ayırıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər