Cihan Özkara debüt oyununda "fərqləndi"

Cihan Özkara debüt oyununda "fərqləndi"

Almaniyanın III Bundesliqasında ilk iki turun oyunları keçirilib. Fanat.az хəbər verir ki, Cihan Özkaranın transfer olunduğu "Preussen Münster" ilk turda "Sonnenhof Qrossaspak"ı qəbul edib.

Oyun 1:1 hesabı ilə yekunlaşıb. Cihan Özkara start heyətində yer alıb, 90 dəqiqə oynayab və 66-cı dəqiqədə sarı vərəqə alıb. 

"Preussen Münster" II turda "Ştutqart II"nin qonağı olub. Futbolçumuzun komandası 3:1 hesablı qələbə qazanıb. Cihan bu dəfə meydana çıхmayıb. Millimizin sabiq üzvü ehtiyatda qalıb.

Qeyd edək ki, "Preussen Münster" 2 turdan sonra 4 хalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər