Dünən "Bakı" ilə 0:0 oynayaraq 2015-ci ildəki qələbəsiz oyunlar seriyasını davam etdirən "Sumqayıt"ın meneceri Ceyhun Sultanov matçdan sonra prezident Kamran Quliyevə öz istəyi ilə klubdan getmək istədiyini açıqlayıb.
Rekord.az-ın əldə etdiyi məlumata görə, buna səbəb komandanın zəif çıxışı və futbolçuların məsuliyyətsiz oyunudur.
Hazırkı futbolçularda heç bir perspektiv görməyən Sultanov artıq əsəblərinin tarıma çəkildiyini bildirib. Düzdür, Kamran Quliyev keçmiş sinif yoldaşını fikrindən daşındırmağa çalışıb. Amma çətin ki, Ceyhun öz fikrindən dönə.
Bundan başqa, Sultanov həm də bundan sonra artıq sərbəst menecer kimi çalışmaq istəyir ki, bu da onun istefası üçün əlavə səbəb sayıla bilər.
Fanat.az