Adı döyülərək öldürülən jurnalist Rasim Əliyevin cinayət işində hallanan Cavid Hüseynovun "Qəbələ"nin düşərgəsindən ayrıldığı, istintaqa cəlb olunacağı barədə dünən məlumat vermişdik.
Artıq bu xəbər öz rəsmi təsdiqini tapıb. Report.az saytına "Qəbələ" klubundan Cavidin istintaqa çağırıldığını rəsmən təsdiqləyiblər. Futbolçu işi araşdıran müstəntiqlər tərəfindən dindirilib. Hüquqşünas Tağı Hüseynovun sözlərinə görə, günahı sübut olunmuş olarsa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsinə əsasən, Cavid məsuliyyətə cəlb oluna bilər.
Fanat.az