Cahangir Hacıyev yenidən ictimaiyyət arasında

Cahangir Hacıyev yenidən ictimaiyyət arasında
"İnter"in sahibi, Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev vəzifəsindən uzaqlaşdırıldıqdan sonra ilk dəfə ictimaiyyət önündə görünüb. 
Fanat.az xəbər verir ki, o, komandasının Avropa Liqasının II təsnifat mərhələsinin "Hafnarfyordur"la cavab görüşünü izləyib.  
Oyunu klubun prezidenti Georgi Nikolovla birgə izləyən Hacıyev "İnter"in tarixi uğuruna şahidlik edib. 
Qeyd edək ki, öz meydanında "Hafnarfyordur"la 2:2 bərabərə qalan "İnter" tarixində ilk dəfə III təsnifat mərhələsində oynamaq hüququ qazanıb. Hacıyevin komandası bu mərhələdə İspaniyanın "Atletik" (Bilbao) klubu ilə qarşılaşacaq.//qol.az
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər